Son vaxtlar Rusiyada vətəndaşlıq almış keçmiş sovet ölkələrinin vətəndaşları Ukraynada müharibəyə aparılmaq üçün daha tez-tez saxlanılırlar və bu prosesin davam edəcəyi gözlənilir.
Hafta.az-ın “Nezavisimaya qazeta”ya istinadən yazdığına görə, Rusiyanın müxtəlif bölgələrində polis Rusiya vətəndaşlığı olan şəxslərə qarşı ciddi təqibə başlayıb.
Sankt-Peterburqda miqrant mənşəli 100-ə yaxın şəxs Rusiya pasportu olsa da, hərbi xidmətdə qeydiyyatda olmadığı üçün saxlanılaraq filiallarına təhvil verilib.
Novoçeboksar, Çeboksaray və Orlovda da fəhlə işləyən çox sayda mühacir əsilli Rusiya vətəndaşının hərbi xidmətə çağırıldığı bildirilib. Xəbərə görə, Kaluqa və Belqorod şəhərlərində keçirilən reydlərə mühacir əsilli vətəndaşlar cəlb edilib.
Mütəxəssislər bu vəziyyətə görə indi Rusiyada vətəndaşlığın daha az cəlbedici olacağını və əksər insanların bunun əvəzinə daimi yaşayış icazəsinə üstünlük verəcəyini proqnozlaşdırırlar.